Valyuta məzənnəsi

Azərbaycan pasportu dünya reytinqində irəlilədi

Tarix:2-10-2019, 13:00

Azərbaycan pasportu dünya reytinqində irəlilədiAzərbaycan Pasportlar İndeksi reytinqində irəliləyib.
“obyekitivxeber.info” “Henley Partners” şirkətinə istinadən xəbər verir ki, 66 ölkəyə vizasız getmək imkanı verən Azərbaycan pasportu 2 pillə irəliləyərək 76-cı yerdə qərarlaşıb.
190 ölkəyə sərbəst səyahət imkanı verən Yaponiya və Sinqapur pasportu reytinqdə liderdir. Cənubi Koreya, Almaniya və Finlandiya pasportu ilə 188, Danimarka, Lüksemburq, İtaliya pasportu ilə 187 ölkəyə vizasız getmək mümkündür.
Ən aşağı indeksə sahib ölkələr Əfqanıstan (25 ölkə), İraq (27 ölkə), Suriya (29 ölkə) və Pakistandır (30 ölkə).

Oxunub: 243



XƏBƏR LENTİ