Valyuta məzənnəsi

Dövlət Gömrük Komitəsi ölkəyə idxal olunan şəkərin miqdarı ilə bağlı açıqlama yayıb

Tarix:31-03-2019, 12:30

Dövlət Gömrük Komitəsi ölkəyə idxal olunan şəkərin miqdarı ilə bağlı açıqlama yayıbBəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin (DGK) və Rusiya Federal Gömrük Xidmətinin açıqladığı rəqəmlərin müqayisəsi aparılaraq ölkəyə idxal edilən şəkərin miqdarı ilə bağlı yanlış şərhlərə yol açan məlumatlar yayılıb.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, həmin məlumatda cari ilin yanvar-fevral ayları ərzində ölkəyə 56 min ton şəkərin idxal edildiyi, ötən il isə idxal və yerli istehsal hesabına yarım milyon tona qədər şəkərin daxili bazarda istehlak olunduğu iddia edilir. Yazının müəllifi Rusiya Federal Gömrük Xidmətinin açıqladığını iddia etdiyi rəqəmlərə əsaslanaraq 2018-ci ildə Rusiyadan Azərbaycana cəmi 7,3 min ton şəkər idxal olunduğunu vurğulayır və eyni dövr üçün Dövlət Gömrük Komitəsinin açıqladığı 239 min ton rəqəmini əsas gətirərək hansı qurumun doğru söylədiyi sualını ortaya qoyur.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycana ümumilikdə 238,7 min ton şəkər idxal edilib ki, bunun da 13,7 min tonu Rusiya Federasiyasının, qalanı isə digər ölkələrin payına düşür. İdxal olunan məhsulun 44,1 min tonu isə saflaşdırılaraq, yəni, emal edilərək ixrac olunub. Yəni, Azərbaycana yalnız Rusiyadan deyil, digər ölkələrdən də şəkər idxal olunur.

Həqiqətən cari ilin yanvar-fevral aylarında ölkəyə 56 min ton şəkər idxal edilib. Lakin həmin məhsulun əsas hissəsi xammal şəklində olub və daha sonra ölkə ərazisində emal edilərək hazır mal kimi ixrac edilib ki, ümumilikdə 2 ay ərzində ixrac edilən şəkərin miqdarı 4,9 min tondur.

Oxunub: 312



XƏBƏR LENTİ