Valyuta məzənnəsi

"8 Noyabr" stansiyası istismara hazırlanır

Tarix:13-01-2021, 00:30

"8 Noyabr" stansiyası istismara hazırlanır

Bakıda tikintisi başa çatdırılan "8 Noyabr" stansiyası istismara hazırlanır.

Bu barədə Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, istismara hazırlanan "8 Noyabr” stansiyasında 17 eskalator və 3 lift quraşdırılıb:

"Həmçinin digər eskalatorlu stansiyalarda bir sıra işlər görülüb, texniki normativlərə uyğun baxış və yoxlama tədbirlərinin gücləndirilməsi ilə yanaşı, təmir-sazlama işləri aparılıb. Bu əsasda istehsalçı "ThyssenKrupp” şirkətinin verdiyi zəmanət müddəti çərçivəsində 18 eskalatorda mühərrik-reduktor yenilənib. Bir sıra eskalatorlarda isə təkmilləşdirmə, təhlükəsizliyin gücləndirilməsi üçün texniki tədbirlər uğurla başa çatdırılıb". (xezerxeber.az)


YeniAN.info

Oxunub: 271



XƏBƏR LENTİ