Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 26-da BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.
Nazirlər Kabinetindən YeniAN.az-a verilən məlumata görə, Görüşdə Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən tərəfdaşlıqdan məmnunluq ifadə olundu, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi.
BP-nin Azərbaycanda həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulandı, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılması layihəsində şirkətin iştirak imkanları xüsusi qeyd olundu.
YeniAN.az