İstismarda olan və ləğv olunmuş neft-qaz quyularının mühafizə məsafələri onların təhlükəliliyi baxımından fərqli olduğu halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları” normativ sənədində ümumi olaraq bütün quyular üçün minimum məsafə eyni göstərilmişdir. Bakı və Abşeron yarımadasında kifayət qədər ləğv olunmuş neft quyuları vardır ki, bu da həmin ərazilərdə tikinti-quraşdırma işlərinin aparılması zamanı mübahisəli məsələlərin yaranmasına gətirib çıxarır.
Nazirlər Kabinetindən YeniAN.az-a verilən məlumata görə, qərarın qəbulu ləğv olunmuş quyular da daxil olmaqla nefqazçıxarma sənayesi obyektlərinin mövcud olduğu ərazilərdə tikinti-quraşdırma işlərinin aparılması zamanı, o cümlədən tikilmiş obyektlərlə bağlı mübahisəli məsələlərin yaranmasının qarşısının alınmasında və həllində çox böyük təsir göstərəcək, həmçinin insanların təhlükəsizliyi nəzərə alınmaqla sözügedən ərazilərdə torpaqların səmərəli istifadəsinə şərait yaradacaqdır.
YeniAN.az