Valyuta məzənnəsi

OPEC neftlə bağlı proqnozunu yüksəldib

Tarix:15-02-2023, 18:29

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) cari il üçün gündəlik qlobal neft tələbatı ilə bağlı proqnozunu yüksəldib.

YeniAN.az xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir.

Hesabata görə, 2023-cü il qlobal gündəlik neft tələbatının 101,87 milyon barel səviyyəsində olacağı gözlənilir. Neft tələbatının artım tempi isə 2,32 milyon barel olacaq.

2022-ci ilin proqnozunda qlobal gündəlik neft tələbatı 99,55 milyon barel təşkil edib. Belə ki, ötən il neft tələbatının artım tempi 2,54 milyon barel səviyyəsində olub.OPEC III rübdə neft hasilatının artacağını proqnozlaşdırır | Banco.az

Oxunub: 88



XƏBƏR LENTİ