Hazırda qlobal miqyasda sutkada 100 milyon barrel neft istehlak olunur.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo deyib.
“Dünyada gündəlik 100 milyon barrel neft istehlak edilir. OPEC isə qlobal neft tələbatının ödənilməsi və sabitliyin təmin edilməsində həlledici rol oynayır”.
Onun fikrincə, İran, Venesuela və Liviyadakı son proseslər neft bazarına təsirsiz ötüşmür.