
Müştəri rahatlığını daim ön planda tutan "Kontakt” bu dəfə "SİMA”
rəqəmsal imza ilə birgə kredit prosesini tamamilə onlayn və sürətli
formata keçirir. Belə ki, şəbəkə çox yaxın zamanda müştərilərinə heç bir
yerə getmədən, cəmi 2 dəqiqəyə kreditlə məhsul almaq imkanı yaradır.
"Kontakt”ın
bu yeni addımı nəticəsində müştərilər kreditləşmə zamanı əlavə sənəd,
kağız daşıyıcılarla vidalaşırlar. Çünki şəbəkə sadəcə bir neçə dəqiqə
ərzində, tam onlayn şəkildə kredit müraciəti etmək, verifikasiya
prosesindən keçmək və müqaviləni "SİMA” rəqəmsal imza ilə təsdiqləməyi
mümkün edir.
Üstəlik, bu sistem istifadəçiyə öz şəxsi məlumatlarına çıxış imkanı verir. Yəni, istifadəçi alış-veriş tarixçəsi, nəzərdə tutulmuş kredit limiti və ona özəl təkliflərlə indi sadəcə bir kabinetdə tanış ola biləcək.
Ən əsası, bütün sənədlər rəqəmsal formada arxivlənir. Bu isə o deməkdir ki, sənədləriniz istənilən zaman sizə əlçatandır – nə itmə, nə də tapmamaq riski mövcuddur.
Bu
texnoloji rahatlıq artıq aktivdir və müştərilərin istifadəsindədir.
Daha da sevindirici xəbər isə odur ki, bu xidmət yaxın gələcəkdə
"Kontakt App” mobil tətbiqində də əlçatan olacaq. Yəni bir neçə
toxunuşla, saniyələr içində, rahatlıqla kredit almaq artıq reallıqdır.
Oxunub: 51