Valyuta məzənnəsi

“Nar” korporativ müştərilər üçün yeni imkanlar açır

Tarix:31-08-2018, 09:33

“Nar” korporativ müştərilər üçün yeni imkanlar açır

Hər zaman keyfiyyətli xidməti və sərfəli şərtləri ilə seçilən mobil operator Nar korporativ müştəriləri üçün yeni təkliflərini təqdim edir. Müştərilər sərfəli şərtlərlə, smartfon, 4G data modem və portativ internet daşıyıcısı əldə edə bilər.

Korporativ tariflərdən birini seçməklə, müştərilər sərfəli qiymətə yeni model smartfon əldə edə biləcək. Smartfonu əldə etmək üçün 1 Nar nömrəsinin korporativ tarifdə olması kifayətdir. Təqdim olunana smartfona 1 il müddətində zəmanət verilir.

Daim genişlənən 4G şəbəkəsi ilə “Nar” müştərilərinə hər zaman və hər yerdə yüksək keyfiyyətli internetdən istifadə etmək imkanı açır. İnternetdən daimi istifadə edən iş adamları “Nar”-ın pulsuz 4G data modem və data nömrələrini əldə edə və 1 il müddətində, xüsusi endirimlə, aylıq 20 GB mobil internetdən yararlana bilər.

“Nar”-ın portativ internet daşıyıcısı isə daimi ofisdən istifadə etməyən şirkətlər üçün cəlbedici təklifdir. Belə ki, “WTTx” cihazı (“Wireless To The x”, tərc.: X nöqtəsilə naqilsiz əlaqə) vasitəsilə eyni anda 32 cihaz “Nar” şəbəkəsinə qoşularaq internetdən istifadə edə bilər.

Qeyd olunan təkliflər həm yeni qoşulan, həm də mövcud korporativ müştərilər üçün nəzərdə tutulub. Təklifə qoşulmaq və həmçinin, əlavə məlumat almaq üçün “Nar” nömrələrindən 789 qısa nömrəsinə zəng edə və ya business-nar@azerfon.az elektron poçtuna yaza bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim esib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Hazırda “Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “P3 Communications” tərəfindən 2017-ci ildə keçirilmiş şəbəkə sınaqları nəticəsində Nar şəbəkəsi “ən yaxşı mobil zəng xidməti” göstərən şəbəkə olaraq tanınıb.

Oxunub: 322



XƏBƏR LENTİ