Binəqədi qəsəbəsi Cəfər Cabbarlı küçəsi ilə "Memar Əcəmi”
metrostansiyasını birləşdirən 170 saylı müntəzəm marşrut xətti üzrə
avtobuslar yenilənir.
"Qafqazinfo” xəbər verir ki, iyulun 20-dən
xətt üzrə "Xaliq Faiqoğlu” MMC sərnişinlərə xidmət göstərəcək. İlkin
mərhələdə xətt üzrə "İsuzu Citibus” və "Daewoo BS90” markalı (ümumilikdə
15 ədəd) avtobuslar 8 dəqiqəlik intervalla test rejimində fəaliyyət
göstərəcəklər.
Həmçinin qeyd edilən tarixdən xətt üzrə avtobuslarda elektron ödəniş sistemi (kartla) tətbiq ediləcək.
Qarşıdakı aylarda xətt üzrə bütün avtobusların yenilənməsi və intervalın daha da azaldılması planlaşdırılır.
Qeyd
edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bu ilin
yanvar ayında keçirdiyi müsabiqənin nəticələrinə əsasən 170 saylı
müntəzəm marşrut xətti "Xaliq Faiqoğlu” şirkətinin istismarına verilib.
Şirkət hazırda Bakı şəhərinin ən böyük özəl daşıyıcısıdır.
Oxunub: 19