Valyuta məzənnəsi

Paytaxtda bir neçə avtobusun hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək

Tarix:13-04-2019, 11:57

Paytaxtda bir neçə avtobusun hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcəkAprelin 12-də axşam saatlarından etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşidbanu Natəvan küçəsində təmir işləri ilə əlaqədar 67, 83, 91, 92, 117 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqamətində müvəqqəti dəyişiklik olunacaq.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, təmir işləri bitənədək qeyd olunan müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi Biləcəri qəsəbəsi istiqamətində Rəşid İsmayılov–Yəhya Hüseynov küçələrindən keçməklə, əks istiqamətdə (şəhər istiqamətində) isə Yəhya Hüseynov küçəsi–Bakı–Sumqayıt şosesi–"Ekologiya" postu adlanan ərazidən geriyə dönməklə təşkil ediləcək.

Oxunub: 252



XƏBƏR LENTİ