Valyuta məzənnəsi

Rusiya Avropa Şurasını tərk etmək istəyir

Tarix:21-09-2018, 21:30

Rusiya Avropa Şurasını tərk etmək istəyir


Rusiyada Avropa Şurasını tərk etmək istəyi yetişir. Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə AŞPA başçısı Lilian Mori Paskye ilə görüşdə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib

“Bizdə Avropa Şurasını tərk etmək istəyi yetişir, səmimi deyirəm. Əgər Avropa Şurası bununla barışarsa, ona Rusiya Federasiyasının iştirakı qiymətli deyilsə, bu belə də olmalıdır. Fasiləni daha da uzatmaq mənasızdır”, - Matviyenko bildirib.

Onun sözlərinə görə, tərəflər dörd ildir ki, danışıqları davam etdirirlər, lakin ölü nöqtədən hələ də tərpənə bilməyiblər.

2015-ci ildə Rusiya təşkilatda səlahiyyətlərinin məhdudlaşdırılmasından sonra AŞPA-dakı fəaliyyətini dayandırıb. Bundan başqa, Rusiya AŞPA büdcəsinə ödənişlərinin də bir qismini məhdudlaşdırıb.

Oxunub: 334



XƏBƏR LENTİ