Valyuta məzənnəsi

“Nar” korporativ müştərilərlə növbəti görüş keçirib - FOTO

Tarix:25-09-2018, 09:57

“Nar” korporativ müştərilərlə növbəti görüş keçirib - FOTO

Sentyabrın 22-də "Nar” operatoru özünün korporativ müştəriləri ilə növbəti görüş keçirib.

100-ə yaxın şirkətdən 250-yə qədər nümayəndənin dəvət edildiyi görüşün keçirilməsində əsas məqsəd korporativ müştərilərə mobil operatorun yeni imkanları barədə məlumatın verilməsi və əlaqələrin gücləndirilməsidir. Görüşdə "Nar” ilə əməkdaşlıq edən şirkətlər iştirak ediblər. "Cinema Plus” kinoteatrında baş tutan görüşdən sonra qonaqlar "Nar” zalında "Johnny English 3” adlı yeni filmə tamaşa ediblər. Filmdən sonra iştirakçılar arasında lotoreya keçirilib. Qalib müştərilərə "Nar” tərəfindən xüsusi hədiyyələr verilib.

Biznes tərəfdaşlarının sayını ildən-ilə sürətlə artıran "Nar” artıq daha sərfəli şərtlərlə əməkdaşlıq təklif edir. Mobil operator biznes üçün nəzərdə tutulmuş tarif planlarının tərkibində olan bonusları da artırıb. Bundan başqa, korporativ tarif planlarına şirkətdaxili limitsiz danışıq dəqiqələri əlavə edilir. Sözügedən tariflər aylıq 8 AZN-dən başlayan abunə haqqı ilə təklif olunur.

Korporativ tarif planlarına qoşulan abunəçilər istər səsli xidmətlər, istərsə də mobil internet üçün sərfəli tariflərdən yararlanmaqla yanaşı, 24/7 rejimində çalışan xüsusi müştəri xidmətlərindən və yüksəkkeyfiyyətli mobil şəbəkədən də istifadə edirlər.

Korporativ tərəfdaşlıq üçün 777 telefon nömrəsi və ya business-nar@azerfon.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq olar. Təkliflərdən yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər yararlana bilərlər.

Oxunub: 316



XƏBƏR LENTİ