"Nar” Baku City Circuit (BCC) Akademiyası və Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") birgə təşkil etdiyi karyera sərgisində iştirak edib.
"Geniş imkanlara kiçik addımlarla” devizi altında keçirilən sərgidə mobil operator məhsulların inkişafı, kommersiya hasabatları, qrafik dizayneri, regional satış və digər vakant vəzifələrə sənəd qəbulu təşkil edib. 40-a yaxın şirkətin də iştirak etdiyi sərgidə "Nar” stendinə maraq böyük olub. Stend ziyarətçiləri "Nar”-ın yay təcrübə proqramlarında iştirak barədə məlumat əldə etdilər. Oktyabrın 5-də keçirilmiş sərgini 900-dən çox insan ziyarət edib.
Xatırladaq edək ki, daha öncə ADA universitetində keçirilmiş tələbələr üçün əmək yarmarkasında "Nar” operatoru "Ən yaxşı işəgötürən şirkət” mükafatına layiq görülüb.
Mobil operatorun həyata keçirdiyi layihələr haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.
Oxunub: 360