Valyuta məzənnəsi

Putin Paşinyana son şans verəcək – Kreml rəsmisi açıqladı

Tarix:6-09-2018, 10:57

Putin Paşinyana son şans verəcək – Kreml rəsmisi açıqladı


Rusiya prezidenti Vladimir Putin 8 sentyabrda Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla keçirəcəyi görüşdə indiyədək ikitərəli münasibətlərdə yığılıb qalmış problemli məsələləri açıq şəkildə müzakirə edərək ciddi söhbət aparacaq.
AzVision.az xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov “İnterfax”a bildirib.

“Həm biz, həm də erməni tərəfində həllini gözləyən bir çox məsələlər yığılıb qalıb. Odur ki, biz bu dəfəki görüşdən həm ikitərəfli münasibətlərin bütün aspektləri, həm də Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da daxil olmaqla, beynəlxalq təşkilatlarda birgə işimizin bütün məsələlərilə bağlı açıq və ciddi söhbət gözləyirik.” – deyə, Putinin köməkçisi vurğulayıb.

Oxunub: 289



XƏBƏR LENTİ