Valyuta məzənnəsi

Latviya XİN-də Cənubi Qafqazla bağlı məsələlər müzakirə olunub

Tarix:20-10-2018, 10:00

Latviya Xarici İşlər Nazirliyinin dövlət katibi Andris Pelşs Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi təmsilçisi Toyvo Klaar ilə görüşüb. Görüşdə Ermənistan, Azərbaycan və Gürcüstanla bağlı məsələlər, həmçinin Cənubi Qafqaz regionunda münaqişələr müzakirə olunub.

AZƏRTAC Latviya XİN-ə istinadla xəbər verir ki, T.Klaar 9-10 sentyabr tarixlərində aparılmış Cenevrə danışıqları və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması haqqında məlumat verib.

Latviyanın dövlət katibi Cənubi Qafqaz regionunda münaqişələrin həlli istiqamətində tərəqqiyə nail olunmasında Aİ-nin xüsusi nümayəndəsinin səylərinə dəstəyini ifadə edib.

Oxunub: 339



XƏBƏR LENTİ