Valyuta məzənnəsi

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub VİDEO

Tarix:13-02-2019, 13:24

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub VİDEO
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistanın Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Abdinli, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qobu Dilağarda, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Oxunub: 237



XƏBƏR LENTİ