Valyuta məzənnəsi

Prezident İlham Əliyev: Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır

Tarix:13-02-2019, 13:24

Prezident İlham Əliyev: Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır
Mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Real televiziyasına müsahibəsində bildirib.

Prezident deyib: “Mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaqdır”.
Oxunub: 288



XƏBƏR LENTİ