Valyuta məzənnəsi

Gürcüstan XİN: Azərbaycan ilə münasibətlərin inkişafı Gürcüstan üçün strateji əhəmiyyət daşıyır

Tarix:31-03-2019, 12:28

Gürcüstan XİN: Azərbaycan ilə münasibətlərin inkişafı Gürcüstan üçün strateji əhəmiyyət daşıyırDünya ölkələri ilə əməkdaşlıq Gürcüstan üçün xüsusi əhəmiyyətə malikdir.

AZƏRTAC xəbər verir ki, bu fikir Gürcüstan Xarici İşlər Nazirliyinin 2019-2022-ci illər üçün xarici siyasətinin strateji fəaliyyət planı ilə əlaqədar məlumatında əksini tapıb. Sənəddə Azərbaycan ilə münasibətlərin Gürcüstan üçün strateji əhəmiyyət daşıdığı qeyd olunub. Bildirilir ki, Gürcüstan ilə Azərbaycan arasındakı mövcud münasibətlər gələcəkdə də davam etdiriləcək, daha da gücləndiriləcək və yeni təşəbbüslər hazırlanacaq. Yeni strategiyaya əsasən, Gürcüstan ilə Azərbaycan arasında energetika, logistika, nəqliyyat, elektron kommunikasiya, tranzit və müdafiə sahələrində əməkdaşlığa xüsusi diqqət yetiriləcək.

Xəzər dənizinin statusunun müəyyən olunmasından sonra yaranmış yeni imkanların maksimal istifadəsinə, Azərbaycanla Mərkəzi Asiyadan Xəzər dənizi–Qara dəniz nəqliyyat dəhlizinə yüklərin cəlb olunması ilə bağlı koordinasiya və birgə səylərə xüsusi diqqət ayrılacağı da məlumatda xüsusi qeyd olunub.

Sənəddə, həmçinin Gürcüstanın Azərbaycan və Türkiyə ilə mövcud üçtərəfli əməkdaşlıq formatının daha da gücləndirilməsi istiqamətində səylərini davam etdirəcəyi qeyd olunub.

Oxunub: 217



XƏBƏR LENTİ