Azərbaycan Prezidenti İlham Əliyev Dünya Bankının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə Devid Malpassa təbrik məktubu göndərib.
Məktubda deyilir: “Biz Azərbaycan ilə Dünya Bankı arasındakı əməkdaşlığa böyük əhəmiyyət veririk. Bu baxımdan ölkəmizdə həyata keçirilən iqtisadi islahatlarda, gerçəkləşdirdiyimiz irimiqyaslı infrastruktur layihələrinin maliyyələşdirilməsində Dünya Bankının yaxından iştirakını məmnunluqla qeyd etmək istərdim”.
“Ümidvaram ki, Dünya Bankının fəaliyyət sahələri üzrə əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik”, - deyə dövlətimizin başçısı qeyd edib.
Azərbaycan Prezidenti Dünya Bankının Prezidentinə möhkəm cansağlığı, qarşıdakı məsul işində uğurlar arzulayıb.