Valyuta məzənnəsi

Növbəti əsassız erməni iddiaları: danışıqlar formatına əngəllər və həmsədrlərin məsuliyyəti

Tarix:14-04-2019, 13:19

Növbəti əsassız erməni iddiaları: danışıqlar formatına əngəllər və həmsədrlərin məsuliyyətiErmənistan mətbuatında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təhrifedici və təxribatçı yazılar dərc olunmaqdadır. Bır sıra üzdəniraq “ekspertlər” işğaldan sonra yaranmış vəziyyəti əbədi, dəyişməz kimi təqdim etməyə cəhd göstərir və bunu qətiyyən qəbul etməyən Azərbaycan rəhbərliyi haqqında yanlış fikirlər söyləyirlər. Rəsmi Bakı danışıqların formatına sadiq qalaraq daim konstruktiv mövqedən çıxış edir və bu proses davam edir. Azərbaycan rəhbərliyinin tələbi dəyişməzdir: təcavüzkar ölkə Azərbaycanın işğal etdiyi ərazilərindən çıxmalıdır. Bu, BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquq normalarına tam uyğundur. Ancaq Ermənistan öz havadarlarının açıq-gizli dəstəyindən yararlanaraq uzun illərdir ki, bu qədər aydın situasiyanı qeyri-müəyyənliyə salır və regionda risk faktoru olaraq qalır. Vyana görüşündən sonra Ermənistan hakimiyyətinin müharibə ritorikasından əl çəkəcəyi gözlənilirdi. Lakin faktlar başqa məqamlardan xəbər verir. Məsələnin bu aspektini geosiyasi kontekstdə geniş təhlil etməyə ehtiyac vardır.

Yalan və riyakarlıq: ermənilər reallıqları təhrif etməkdədirlər

İlan ulduz görməsə, ölmür. Erməni də güc görməsə, ağıllanmır. Təcrübədə sınanıb: erməni ilə yumşaq danışırsan, başına çıxır. Ancaq ciddiləşdinmi, quzuya dönür. Ermənistan siyasi və ekspert dairələri sübut etdilər ki, bu məişət xisləti erməni cəmiyyətinin "elitasında" da dərin kök salıb. Vyana görüşündən sonra aydın olur ki, Ermənistan rəhbərliyinə sərt şəkildə yerini göstərməsən, sərsəmləməkdə davam edəcək. Onun qulbeçələri isə "ən qədim mədəni xalq" primitiv tarixi cızmaqaralarını ortaya çıxarmaqda davam edəcək. Bu tendensiyanı hazırkı Ermənistan mətbuatında görürük. Təbii ki, buna yalnız gülmək olar. Çünki azərbaycanlılar demişkən, "ucuz ətin şorbası olmaz"!

Amma, siyasi müstəvidə maraqlı bir gedişatın da şahidi olmaqdayıq. Vyana görüşündən sonra ermənilər o qədər dolaşıblar ki, yaranmış vəziyyətdən necə çıxmaq lazım gəldiyini müəyyənləşdirə bilmirlər. Gah Nikol Paşinyanın Gümrüdəki Rusiya hərbi bazasına səfərinə "tarixi don" geydirməyə çalışırlar. Gah ölkədən adamların əvvəlki kimi sürətlə getdiyini vurğulayıb, N.Paşinyanın vədlərinə əməl etmədiyindən bəhs edir, gah da "ekspertlər" səviyyəsində Vyana danışıqlarını "təhlil" edir, hətta "Qarabağ" sözünün etimologiyası haqqında "mütəxəssis rəyi" bildirməyə cəhd edirlər. Bir sıra kənardan tutulmuş muzdlu "ekspertlər" isə Sergey Lavrovun bir zaman dediyi sözlərin Vyana danışıqları kontekstində interpretasiyasına baş vurmağa meyillənirlər. Və gülməlidir ki, bütün bu nizamsız və məzmunsuz sözləri münaqişənin "ədalətli həlli" kontekstində "yeni əlamətlər" kimi təqdim etməyə səy göstərirlər.

Konkret desək, əvvəlki zamanlarda olduğu kimi, erməni siyasi və ekspert şüuru əməlli-başlı qarışıqdır. Səbəbi məlumdur – onlar dalana dirəndiklərini və məğlubiyyətin acısını yaxın zamanlarda dadacaqlarını dərk etməyə başlayıblar. Dağlıq Qarabağdakı hərbi-xunta rejiminin də Ermənistan hakimiyyətindən narazılıq ifadə etməyə başlaması da bunun əlamətlərindəndir. Terrorçular Ermənistanda Dağlıq Qarabağa kimlərinsə əyalət kimi baxmasına razı olmadıqlarını bildirirlər.

Terrorçu-separatçılardan birinin Azərbaycanla münaqişəni ancaq müharibə yolu ilə həll etmək olar, sözlərinə Ermənistandakı generallardan biri: "Nə müharibə?... və biz burnumuzu yeni torpaqlara soxmamalıyıq. Əsas odur ki, öz sərhədlərimizi qoruyaq", kimi qarşılıq verib. Yəni Ermənistanın müdafiə naziri David Tonoyanın "yeni ərazilər" iddiası kədər dolu mahnıdır. Bu, melanxolik nəğmələrdə "Muş və Ərdahanı ermənilərin alacağını" oxumaları ilə eynidir. Erməni general Arkadi Ter-Tadevosyan belə deyir! (bax: Это надо было сделать 10-15 лет назад / Lragir.am, 4 aprel 2019).

Aydın görünür ki, Ermənistan cəmiyyətində artıq Dağlıq Qarabağla bağlı vahid mövqe yoxdur. Cəmiyyətin bir qismi reallıqları görməyə başlayır. Onlar hərbi yolla işğal etdikləri torpaqları saxlaya bilməyəcəklərini anlayırlar. Görünür, bunu hakim dairələr də dərk etməkdədir. Bu səbəbdən müxtəlif bəhanələrlə status-kvonu saxlamağa çalışırlar. Həmin prosesin fonunda Azərbaycan rəhbərliyi ilə bağlı həqiqətdən uzaq fikirlər səsləndirirlər. Prezident İlham Əliyev mövqeyini aydın və dəqiq ifadə edərək Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyini, lazım gələrsə, Azərbaycan tərəfinin hərbi yolla torpaqları azad etməyə tam hazır olduğunu bəyan edib. Bu fikri Prezident "Ermənistanla müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb" kimi ifadə edib. Birinci vitse-prezident Mehriban xanım Əliyeva isə "Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq!" deyib.

Haqqın səsi: Azərbaycan rəhbərliyi səbirli və ədalətlidir!

Bu fikirlər erməniləri bərk təlaşa salıb. Onlar yenə də Azərbaycanın "güc dili ilə danışdığından" dəm vururlar. Əslində isə Prezident və Birinci vitse-prezident Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunacağından başqa fikir söyləməyiblər. İlham Əliyev və Mehriban xanım Əliyeva ancaq Azərbaycan torpaqlarının işğaldan azad olunacağından bəhs ediblər. Onlar heç bir qonşu dövlətə ərazi iddiası irəli sürməyiblər. Bəs ermənilər niyə Azərbaycanın bu haqlı tələbini aqressiya kimi qələmə verməyə çalışırlar?

Çünki işğal etdikləri ərazilərdən çəkilmək istəmirlər. Bunun üçün işğaldan sonra yaranmış vəziyyəti öncədən mövcud olan real mənzərə kimi qələmə verməyə çalışırlar. Ermənistan "Qarabağ xalqı" kimi uydurma termindən istifadə etməklə dünya ictimaiyyətini çaşdırmağa cəhd edir. Qarabağda xalq deyil, yerli azərbaycanlılar və 200 il əvvəl kənardan köçürülmüş erməni əhali yaşayırdı. Azərbaycanlıları oradan deportasiya edərək ermənilər demoqrafik mənzərəni pozublar. İndi həmin mənzərə bərpa olmadan hansısa Dağlıq Qarabağ əhalisindən danışmaq mümkün deyildir. "Xalq" sözü isə burada heç yerinə düşmür.

Deməli, Ermənistan hakimiyyəti elə absurd məsələyə girişib ki, gec və ya tez uğursuzluğa düçar olmalıdır. Bunu təbii ki, onların özləri də anlayır. Ancaq, təəssüf ki, Ermənistana havadarlıq edən böyük dövlətlər vəziyyəti qərəzli addımlarla mürəkkəbləşdirirlər. O sırada Qolan yüksəkliklərini İsrail ərazisi kimi tanımaq xüsusi təxribatçı əhval-ruhiyyə yaradır. Vaşinqtonun bu təxribatçı addımından sonra İrəvanda da müəyyən dairələr səslərini çıxarmağa başlayıblar. Bunun fonunda danışıqların müxtəlif yollarla uzadılması cəhdi məqsədli xarakter daşıyır.

N.Paşinyan da qeyri-müəyyən mövqeyi ilə danışıqlar prosesini sanki dalana dirəməyə çalışır. O, Vyana görüşündən sonra yenə də Dağlıq Qarabağdakı qondarma rejimin danışıqlara cəlb edilməsindən dəm vurur və deyir ki, "dqr" nümayəndələrinin iştirakı olmadan münaqişəni həll etmək mümkün deyildir. Deməli, Ermənistan hələ də bütövlükdə danışıqlar prosesini pozmaq taktikasından imtina etməyib. Ancaq ermənilər bir mühüm məqamı unudurlar.

Məsələ ondan ibarətdir ki, danışıqların formatı çoxdan müəyyənləşib və onun dəyişməsi üçün hər iki tərəfin razılığı lazımdır. Bundan başqa, Rusiyanın xarici işlər naziri S.Lavrov da deyib ki, Ermənistan danışıqlarda Dağlıq Qarabağ ermənilərinin də maraqlarını ifadə edir. Yəni təcavüzkar Ermənistandır və müzakirələri yalnız onunla aparmaq lazımdır. Bununla format məsələsinə nöqtə qoyulub.

Vəziyyətin bu dərəcədə aydın olmasına baxmayaraq, Ermənistanın qeyri-müəyyən və səbatsız mövqeyində qalması sülh prosesini çıxılmaz vəziyyətə salır. Bunu Azərbaycan tərəfi həmişə deyir. Lakin həmsədrlərin də anlaması və konkret hərəkət etməsi lazımdır. Aydındır ki, bundan sonrakı gedişat həmsədrlərin nə dərəcədə fəal olacağından, onların obyektiv və ədalətli mövqe tutacaqlarından asılıdır.

Konkret desək, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı düz yola gətirməlidirlər. Zərurət olsa, Ermənistana təzyiq edilməlidir. Onun bu günə qədər prosesi dalana dirəməsi, uzatması, müxtəlif bəhanələr gətirməsinə son qoyulmalıdır. Əks halda, danışıqlar nəticəsiz qalacaq.

Belə çıxır ki, yaranmış vəziyyət bir növ həmsədrlər üçün sınaq məqamıdır. Rusiya, ABŞ və Fransa qətiyyət göstərib, təcavüzkarı konstruktiv mövqeyə gətirməlidirlər. Artıq buna ehtiyac daha çox duyulur. Məsələ yalnız Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsi ilə bağlı deyil. Bunu həm qlobal proseslərin dinamikası, həm də regionda yaranmaqda olan mürəkkəb geosiyasi mənzərə tələb edir. Çünki ekspertlər də əmindirlər ki, regionda risk faktoru getdikcə daha da güclənir. Yaxın Şərqdən terrorçuların müxtəlif regionlara yayılması faktından Rusiya xüsusi xidmət orqanları da açıq danışırlar. Bu prosesdə Cənubi Qafqazda yeni terror dalğasının yaranmayacağına ümid etmək sadəlövhlük olardı. Bu o deməkdir ki, həmsədr dövlətlərin geosiyasi maraqları riskə məruz qala bilər. Bu səbəbdən də regiondakı risk mənbələrini neytrallaşdırmaq günün tələbidir. Həmin sırada Ermənistanın təcavüzkarlığına son qoyulması birinci yerdədir.

Newtimes.az

Oxunub: 217



XƏBƏR LENTİ