Valyuta məzənnəsi

Bundestaqın üzvü Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti barədə məlumatlandırılıb

Tarix:16-02-2019, 13:39

Bundestaqın üzvü Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti barədə məlumatlandırılıb
Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Bundestaqın xarici siyasət məsələləri üzrə komissiyanın üzvü və CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) parlament qrupunun sədr müavini Yohan Vadeful ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tərəflər Azərbaycan və Almaniya arasında mövcud olan əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüş zamanı bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəhəng nəqliyyat və infrastruktur layihələri müzakirə edilib. Bölgədə dayanıqlı inkişafın və rifahın təmin olunması baxımından Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin önəmi vurğulanıb. Elmar Məmmədyarov münaqişənin həlli üzrə danışıqların hazırkı vəziyyəti barədə Bundestaqın üzvünə məlumat verib.

Tərəflər, həmçinin regional, qlobal təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Oxunub: 409



XƏBƏR LENTİ