Valyuta məzənnəsi

Kuani Şimon: Azərbaycan dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib

Tarix:2-05-2019, 16:09

Kuani Şimon: Azərbaycan dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilibBakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu xalqlar, icmalar və cəmiyyətlər arasında dialoq üçün optimal şəraitin və bu şəraitin həm daxili, həm də millətlərarası “müxtəliflik dividendlərini”, yəni cəmiyyətlərin daha da müxtəlifləşməsindən irəli gələn fayda və üstünlükləri artırmaq yollarını araşdırmağa imkan yaradacaq.

Bu fikri AZƏRTAC-a müsahibəsində Forum çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının təşkil etdiyi “Qlobal vətəndaşlıq təhsili: sülh mədəniyyətinin aşılanması” aralıq sessiyasının panelçisi, UNESCO-min Sülh və Dayanıqlı İnkişaf üzrə Mahatma Qandi Təhsil İnstitutunun təhsil vasitəsilə zorakı ekstremizmin qarşısının alınması üzrə mütəxəssisi Kuani Şimon deyib.

O qeyd edib ki, Forumda 105-dən çox ölkə və 35-dən çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı “Bakı Prosesi”nin coğrafiyasının və beynəlxalq əməkdaşlığın genişlənməsindən xəbər verir. Forumun Bakıda təşkili Azərbaycanın dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilməsinə dəlalət edir. Dialoq, anlaşma, sülh, sabitlik, mehriban birgə yaşama, tolerantlıq kimi şüarların və təbliğat işlərinin yayılması olduqca vacibdir. Azərbaycana və Prezident İlham Əliyevə belə bir təşəbbüsü reallaşdırdığına görə təşəkkür edirəm.

Oxunub: 279



XƏBƏR LENTİ
“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
Əliyevlə Paşinyan nəyi müzakirə ediblər?
Fotonun içindəki foto...
4 yaşlı uşaq kirayə tutduqları villanın hovuzunda boğuldu
Məktəblərdə rus bölmələrinin bağlanması məsələsinə nazirdən - Münasibət
Nazir: "Sertifikasiya prosesi zamanı beş nəfər imtahana telefon keçirmək istəyib"
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Şəmkirdə müəlliməni məktəbdən qaçıran dəstə azadlığa buraxıldı
Əbu-Dabi görüşündə diqqətçəkən MƏQAM - Mustafayev və Qriqoryan da iştirak edirlər
Əbu-Dabidə İlham Əliyevin Nikol Paşinyanla görüşü başlayıb
Ötən gün 28 nəfər Almaniyadan Azərbaycana readmissiya olunub
Onkologiyada inqilab: Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
Ceyhun Bayramov diplomatları peşə bayramı münasibətilə təbrik edib
Şəmkirdə 39 yaşlı kişi küçədə bıçaqlandı
Qvatemalada güclü zəlzələ: İki nəfər öldü, yüzlərlə yaralı var
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə