Valyuta məzənnəsi

Onun Prinsipial və Qətiyyətli xarizması dərin elmi-siyasi məntiqə söykənir.

Tarix:22-12-2019, 20:10

Onun Prinsipial və Qətiyyətli xarizması dərin elmi-siyasi məntiqə söykənir. Onun uzaqgörən siyasəti, düşünülmüş islahatlar kursu və müdrik qərarları zəngin siyasi Xəzinədən, Uca Zirvədən qaynaqlanır. Çünki O Heydər Əliyev Siyasi Akademiyasında yetişmiş ən mükəmməl və bənzərsiz Liderdir.
... Azərbaycan Onun Liderliyi ilə ötən 16 ildə heyrətamiz möhtəşəm inkişaf yolu keçmişdir. Prezident İlham Əliyevin unikal idarəetmə məharəti və qabiliyyəti sayəsində Azərbaycan iqtisadi, sosial, siyasi, elmi, mədəni, humanitar və digər sahələrdə misilsiz uğurlara imza atıb, ölkəmizin beynəlxalq miqyasda mövqeləri daha da möhkəmlənib.
... Prezident İlham Əliyev respublikamızı postsovet ölkəsi şkalasından çıxaraq yeni modern formada yüksək inkişaf proqnozları ilə irəliləyən güclü ölkə statusa malik olmasını təmin edib.
... Onun uzaqgörən Siyasi taktikası Azərbaycanı dünyanın siyasi arxitekturasında yerini müəyyənləşdirib.
... Azərbaycanda nəhəng transmilli nəqliyyat layihələri - Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu və digər qlobal layihələr həyata keçirməsi Onun qətiyyətinin təşəbbüskarlığının nəticəsidir.
... Prezident İlham Əliyevin idarəçilik istedadı sayəsində Azərbaycan özünün qüdrətli dövlət mövqelərini xeyli möhkəmlədib. Mahiyyət etibarilə Azərbaycan güclü ordusu və güclü xarici siyasəti olan qüdrətli dövlətdir.
... Dövlət başçısının siyasi iradəsi çox güclü və möhtəşəmdir. Dünya üçün risklərlə dolu olan bir dövrdə Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda uğurlu siyasət aparmaq böyük qüdrət tələb edir. Təcrübə göstərir ki, Azərbaycan Prezidenti bu aspektdə olduqca uğurlu lider-rəhbərdir.
O faktiki olaraq Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirib.Qətiyyətli və güclü siyasi Lider kimi dövlət başçılarının və beynəlxalq təşkilatların rəhbərlərinin hörmət və rəğbətini qazanıb. Cənab İlham Əliyev şəxsiyyətinə münasibətdə bu yüksək hörmət təkcə onun beynəlxalq tərəfdaşları tərəfindən deyil, xarici siyasətçilər sırasından olan opponentlər tərəifindən də təsdiqlənir.
... Xarici siyasətdə hücum mövqeyi tutan İlham Əliyev Azərbaycana qarşı daim əsassız iddialar səsləndirməyə və ölkəmizdə həyata keçirilən siyasəti qərəzli şəkildə tənqid etməyə “adətkar” olan beynəlxalq strukturların rəhbərləri ilə dialoqda Azərbaycanın mənafelərini güzəştsiz olaraq müdafiə edir. O, hökumətin üzvlərindən, digər rəhbər işçilərdən də mübariz mövqe tutmalarını tələb edir.
... Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həddindən artıq prinsipial, dönməz və inadlıdır. Onun son illərdə Ermənistanın işğal siyasətinə qarşı sarsıdıcı siyasi diplomatiyası rəsmi İrəvanla yanaşı, arxasında dayanan qüvvələri təşvişə salıb. 2019-cu il oktyabrın 3-də Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasındakı çıxışında və 2019-cu il oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçılarının Sammitindəki bəyanatları ildırım effekti doğurmaqla işğalçıya və işğala siyasi-hərbi dəstək verənlərə sərt sillə təsiri bağışladı.
.... O, dünyada ikili standartların artdığı, qlobal siyasi qütbləşmənin dərinləşdiyi bir dövrdə islamı gözdən salmağa çalışanlara və islamı terrorla eyniləşdirənlərə qarşı çox barışmaz mövqedə dayanır. Digər islam ölkələrinin liderlərini də bu cür meyillərə qarşı qətiyyət göstərməyə dəvət edir. Dünya dini liderlərinin II Zirvə Görüşündə cəsarətlə və inadla “Stop İslam” deyən demokratiya beşiklərinə sərrast cavab verir. Bununla O müsəlman dövlətlərinin beynəlxalq arenada uzlaşdırılmış fəaliyyətində uğurlu nümunəni ortaya qoyur.
... Dünyanın ən mötəbər təşkilatlarının sammitləri, zirvə görüşlərinin Azərbaycanda keçirilməzi Onun siyasi nüfuzunun göstəricisidir. BMT-dən sonra dünyanın 2-ci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi və Sədrliyin 3 il müddətinə, 2022-ci ilədək Azərbaycana keçməsi də Prezident İlham Əliyevin Gücü və Ona olan Beynəlxalq Etimadın nümunəsidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi Zirvə Görüşü bir daha göstərdi, Bizə inanırlar, bizi tanıyırlar. “Bilirlər ki, sözümüzlə əməlimiz birdir. Bilirlər ki, heç kimin qarşısında baş əymirik, lap ən ağır sınaqlarla, ən ağır təxribatlarla üz-üz qalsaq belə”.
... Azərbaycan Prezidenti eyni zamanda, müsəlman ölkələrinə növbəti dəfə açıq müraciət edərək terrorçu Ermənistanla sıx əlaqələrin qurulmasını həm yolverilməz hesab edir, həm də islam ölkələrinin milli-mənəvi ənənələrinə, ideolojisinə uyğun gəlmədiyini xatırladır: “Siz Ermənistanla necə qucaqlaşırsınız? Siz bunların liderlərini necə dəvət edirsiniz? Görmürsünüzmü ki, bunlar bizim məscidlərimizi yerlə bir etdilər? Görmürsünüz ki, bizim məscidləri təhqir etdilər? Gedin, baxın, o şəkillər var, onlar Ağdam məscidini, Şuşa məscidlərini, işğal edilmiş digər torpaqlardakı məscidləri nə günə qoydular? Bu, axı təkcə bizim məscidlərimiz deyil, bütün müsəlman aləminin məscidləridir. Buna necə göz yummaq olar? Necə belə riyakarlıq etmək olar?
... Azərbaycan Prezidenti daim öz xalqı ilə birbaşa təmasdadır və Onun sözü ilə əməli indiyə qədər daim vəhdət təşkil edibdir. Bu vədlərin ardıcıl yerinə yetirilməsi nəticəsində Azərbaycan son on altı ildə öz dinamik inkişafını təmin edib, mühüm transmilli enerji və nəqliyyat layihələrini icra edib, planetin azsaylı kosmik dövlətləri sırasına daxil olub, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin əsaslı inkişafına nail olunub. Əhalinin rifahı durmadan yüksəlib, ölkədə 3 milyon insanı əhatə edən böyük sosial paketin həyata keçirilməsinə başlanılıb.
... Azərbaycan Prezident İlham Əliyevlə yeni davamlı uğurların və uzunömürlü xoşbəxt gələcəyin astanasındadır. Reallıq bundan ibarətdir ki, Azərbaycan həqiqətən zəngin bir ölkəyə çevrilmək etapına qədəm qoyaraq yeni inkişaf dizaynını cızaraq öz intibahına doğru irəliləməkdədir.
Vaqif Abdullayev elmlər doktoru,professor
Onun Prinsipial və Qətiyyətli xarizması dərin elmi-siyasi məntiqə söykənir.

Oxunub: 326



XƏBƏR LENTİ