Valyuta məzənnəsi

Deputatlığa namizədlərin NƏZƏRİNƏ

Tarix:9-01-2020, 23:13

Deputatlığa namizədlərin NƏZƏRİNƏGələn həftə - yanvarın 17-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqat başlayır.

yenian.info-nun xəbərinə görə, təşviqat səsvermə gününə - fevralın 9-na 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış – fevralın 8-də saat 08:00-da dayandırılır.

Təşviqatı qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi patiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri apara bilərlər.

Deputatlığa namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Dairə Seçki Komissiyasına təqdim edilməsi müddəti isə sabah – yanvarın 10-da başa çatır.

Oxunub: 316



XƏBƏR LENTİ