Martın 16-da Milli Məclisin (MM) bir neçə komitəsinin ilk iclası keçiriləcək.
MM-dən Etikxeber.az-a daxil olan məlumata görə, martın 16-da öncə, saat 11:00-da Elm və təhsil komitəsinin ilk iclası olacaq.
İclasa yeni tərkibli komitənin yeni sədri (keçmiş sədr müavini) Bəxtiyar Əliyev sədrlik edəcək.
Saat 12:00-da MM-in Əmək və sosial siyasəti komitəsinin ilk yığıncağı keçiriləcək.
Yığıncağa komitənin yeni sədri Musa Quliyev sədrlik edəcək.
Saat 15:00-da Səhiyyə komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçiriləcək.
Birgə iclası Səhiyyə komitəsinin iclasını akademik Əhliman Əmiraslanov və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Birinci vitse-spiker Əli Hüseynli aparacaq.
Qeyd edək ki, bu komitələrdə sədr dəyişikliyi baş verməyib.
Saat 16:00-da isə Səməd Seyidovun sədrliyi ilə Beynəlxalq münasibətlər və parlamentlərası əlaqələr komitəsinin iclası keçiriləcək.
İclasların gündəliyi isə hələlik tam müəyyənləşməyib.
MM-in Səhiyyə, o cümlədən Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında koronavirus (Covid-19) infeksiyası ilə bağlı məsələ müzakirə olunacaq.
Məsələ iclasın gündəliyinə salınıb.
İclasda koronavirus (Covid-19) infeksiyası ilə mübarizə və yayılmasının qarşısının alınması ilə bağlı ölkədəki mövcud vəziyyət və görüləcək tədbirlər müzakirə olunacaq.