Valyuta məzənnəsi

6 çağırış MM-in ilk yaz sessiyası-BAŞA ÇATDI

Tarix:31-05-2020, 21:45

6 çağırış MM-in ilk yaz sessiyası-BAŞA ÇATDI

YeniAN.info Etikxeber.az-a istinadən xəbər verir ki, MM-in sədri Sahibə Qafarova bildirib ki, VI çağırış Milli Məclisin yaz sessiyasında 12 iclas keçirilib, 123 qanun və qərar qəbul edilib:

“Prezident İlham Əliyevin parlamentin ilk iclasında verdiyi tövsiyə və tapşırıqların yerinə yetirilməsi üçün işlər görülüb. Yaz sessiyasının ilk günündən Milli Məclisin Aparatında və İşlər idarəsində islahatlar aparılıb. Milli Məclisin aparatında 13 əvəzinə 9 şöbə, işlər idarəsində 9 şöbə yerinə 4 şöbə saxlanılıb. İslahatlar parlamentin işinin daha yaxşı keçirilməsini təmin edəcək”.


S. Qafarova qeyd edib ki, koronavirus pandemiyası MM-in də işinə, iclaslarının intensivliyinə öz təsirini göstərib.

Bildirilib ki, MM-in iclasında faşizm üzərində qələbənin 75 illiyindən söhbət açılıb, xalqımızın oğul və qızlarının döyüş meydanlarında qəhrəmanlığına, arxa cəbhədə fədakarlığına hörmət və sayğı ifadə edilib.

“Mayın 7-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri Valentina Matviyenkonun təşəbbüsü ilə Böyük Vətən müharibəsində qələbənin 75-ci ildönümünə həsr edilən videokonfrans keçirilib, burada müxtəlif ölkələrdən 17 iştirakçı, o cümlədən 7 ölkənin parlament sədrləri çıxış ediblər. Sədr deyib ki, videokonfransda mən öz çıxışımda ölkəmizin qələbəyə verdiyi böyük töhfələrdən danışdım, bu gün Ermənistanda tarixin saxtalaşdırılmasına, müharibə canilərinin qəhrəmanlaşdırılmasına qarşı kəskin etirazımı bildirdim”– deyə, S. Qafarova vurğulayıb.

Spiker vurğulayıb ki, MM-in iclasında tariximizin faciəli səhifələri olan 31 mart – Azərbaycanlıların Soyqırımı Günü, eləcə də Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin ildönümü qeyd olunub, erməni şovinistlərinin vəhşilik əməllərinin qurbanı olmuş günahsız insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclasımızda biz yeni bir formadan istifadə etdik. Ata-baba yurdunun həsrəti ilə yaşayan şuşalı gənc qız parlamentin iclasında xalqımıza və dünyaya müraciət edib.

S. Qafarova sonra deyib: “Mən möhtərəm Prezidentimizin Milli Məclisin birinci iclasında söylədiyi nitqdən sitat gətirmək istəyirəm. Prezident İlham Əliyev demişdi: “Əlbəttə ki, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan bütün təşkilatlarda biz fəal olmalıyıq, hücum diplomatiyası aparmalıyıq, çünki haqq-ədalət bizim tərəfimizdədir. …Bizi təmsil edən deputatlar fəal olmalıdırlar. Hesabat verməlidirlər ki, nə iş görmüsən, kiminlə görüşmüsən, hansı məsələni qaldırmısan. Biz beynəlxalq fəaliyyətimizin səmərəliliyini artırmalıyıq”.Məhz bu mülahizələrə əsaslanaraq, Milli Məclis xalqımızın sıravi bir nümayəndəsini, didərginliyin ağrı-acısını hər gün yaşayan insanların təmsilçisini yüksək kürsüyə dəvət etdi və onun səsi ilə dünyaya xitab etdi. Bu çıxış ölkə və dünya mediasında geniş əks-səda doğurdu. Dünya erməni şovinizminin hansı faciələr törətdiyinin bir daha şahidi oldu”.

Sədr daha sonra söyləyib ki, mayın 15-də MM-in plenar iclas salonunda parlament Aparatının rəhbəri və digər məsul şəxsləri ilə birlikdə Bakı, Sumqayıt və Abşeronun seçki dairələrindən seçilmiş deputatların köməkçiləri ilə görüş keçirilib:

“Görüşdə yeni təyin edilmiş köməkçilərin fəaliyyət istiqamətləri və vəzifələri barəsində geniş fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyevin Milli Məclisin birinci iclasında verdiyi tövsiyələrə uyğun olaraq, deputatların təmsilçilik funksiyasının həyata keçirilməsində deputat köməkçilərinin rolu və vəzifələri göstərilib. Onlara tapşırılıb ki, dairələrdə vətəndaşların deputatlara təqdim etdikləri ərizə, şikayət və müraciətlərin müvafiq icra orqanlarına çatdırılmasını təmin etsinlər, deputatların kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə fəallığı barədə hesabatları hazırlayıb Milli Məclisin yeni şöbəsinə təqdim etsinlər ki, ölkənin və Milli Məclisin rəhbərliyi bu barədə məlumatlı olsunlar”.

6 çağırış MM-in ilk yaz sessiyası-BAŞA ÇATDI

Spiker bununla da, MM-in yaz sessiyasını bağlı elan edib.

Sessiya Dövlət Himninin oxunması ilə başa çatıb.


YeniAN.info
Oxunub: 286



XƏBƏR LENTİ