Valyuta məzənnəsi

YAP-çı deputatlar iclas keçirdi: Parlamentin buraxılması qərarı dəstəkləndi

Tarix:28-11-2019, 15:34

YAP-çı deputatlar iclas keçirdi: Parlamentin buraxılması qərarı dəstəkləndi


Prezident İlham Əliyevin apardığı islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır və dəstəklənir. Bu islahatlar bir çox sahələri əhatə edir və dövlətimizin daha da inkişafına hesablanıb. 2019-cu ildə dövlətimizin başçısının sərəncamları ilə böyük sosial addımlar atılıb. Aparılan islahatlar həyatımızın istisnasız olaraq bütün sahələrini əhatə edir. Azərbaycanda hakimiyyətin hər iki qolunda islahatlar aparılıb və bu davam etdiriləcək. Yeni Azərbaycan Partiyasının üzvləri bu qərara gəliblər ki, bu gün Siyasi Şuranın iclasında üzvlərin əksəriyyətinin iradəsini ifadə edərək, yekdil mövqe nümayiş etdirərək, parlamentin də yenilənməsinin Prezident İlham Əliyevin apardığı islahatlara dəstək olacaq. Bu gün partiyanın da geniş şəkildə təmsil olunduğu parlamentin buraxılması xahişi ilə dövlətimizin başçısına müraciət olunması barədə qərar qəbul edib.

XəzərXəbər xəbər verir ki, bu sözləri Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov noyabrın 28-də keçirilən mətbuat konfransında deyib.

Əli Əhmədov qeyd edib ki, Prezidentin öz səlahiyyətindən istifadə edərək parlamenti buraxması islahatların daha səmərəli şəkildə aparılmasına töhfə verəcək.

Oxunub: 288



XƏBƏR LENTİ