Valyuta məzənnəsi

Mixail Kosobokov Qarabağdakı Rusiya sülhməramlılarının komandanı təyin olunub

Tarix:10-09-2021, 07:03

Mixail Kosobokov Qarabağdakı Rusiya sülhməramlılarının komandanı təyin olunub

General-mayor Mixail Kosobokov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı təyin olunub.

YeniAN.az APA-nın məlumatına görə bildirir ki, o, bu postda general-leytenant Rüstəm Muradovu əvəz edib.

Bu gün yeni komandan Ermənistana səfər edib.

M. Kosobokov Rusiyanın Ermənistandakı 102-ci bazasının komandiri, polkovnik Dmitri Ovçarovla birlikdə Ermənistanın müdafiə naziri Arşak Karapetyanın qəbulunda olub.

Qeyd edək ki, M. Kosobokov buna qədər Cənub Hərbi Dairəsinin 58-ci Ümumqoşun Ordusunun komandan müavini postunu tutub.

General bir vaxtlar Rusiyanın Abxaziyadakı hərbi bazasının komandanı olub.

YeniAN.az

Oxunub: 113



XƏBƏR LENTİ