Valyuta məzənnəsi

Xüsusi təyinatlılar “Üç qardaş - 2021” təlimində hava desant hazırlığı üzrə məşqlər ediblər

Tarix:14-09-2021, 22:00

Xüsusi təyinatlılar “Üç qardaş - 2021” təlimində hava desant hazırlığı üzrə məşqlər ediblər

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimində hava desant hazırlığı üzrə məşqlər icra olunub.

Müdafiə Nazirliyindən YeniAN.az-a verilən məlumata görə, təlimin planına əsasən hava desant hazırlığı mərhələsində xüsusi təyinatlı bölmələrin helikopter vasitəsi ilə yerdəyişməsi, mühafizənin təşkili və təxliyə üsulları məşq etdirilib.

Məşqlərin gedişatında xüsusi təyinatlıların fəaliyyəti yüksək qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcəkdir.

Xüsusi təyinatlılar “Üç qardaş - 2021” təlimində hava desant hazırlığı üzrə məşqlər ediblər
Xüsusi təyinatlılar “Üç qardaş - 2021” təlimində hava desant hazırlığı üzrə məşqlər ediblər
Xüsusi təyinatlılar “Üç qardaş - 2021” təlimində hava desant hazırlığı üzrə məşqlər ediblər
Xüsusi təyinatlılar “Üç qardaş - 2021” təlimində hava desant hazırlığı üzrə məşqlər ediblər

YeniAN.az

Oxunub: 118



XƏBƏR LENTİ