Valyuta məzənnəsi

Laçın rayonunda keçirilən Azərbaycan-Türkiyə birgə təlimi davam edir - VİDEO

Tarix:9-09-2021, 10:30

Laçın rayonunda keçirilən Azərbaycan-Türkiyə birgə təlimi davam edir - VİDEO

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlim davam edir.

Müdafiə Nazirliyindən YeniAN.az-a verilən məlumata görə, təlimin növbəti günündə xüsusi təyinatlı qruplarla mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması və məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma tapşırıqları icra olunub.

Xüsusi təyinatlılar qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.



YeniAN.az

Oxunub: 155



XƏBƏR LENTİ