Valyuta məzənnəsi

Ankarada III Beynəlxalq Türk Dünyası Mühəndislik və Fənn Elmləri Konfransı keçirildi

Tarix:27-10-2021, 16:11

Ankarada III Beynəlxalq Türk Dünyası Mühəndislik və Fənn Elmləri Konfransı keçirildi

Bu günlərdə Ankarada, Türk Eğitim-Sen – Təhsil üzrə Azad Həmkarlar İttifaqı və Beynəlxalq Avrasiya Təhsil Həmkarlar İttifaqının (BATHİ) ənənəvi olaraq düzənlədiyi III Beynəlxalq Türk Dünyası Mühəndislik və Fənn Elmləri Konfransı keçirilib. Oktyabrın 22-dən 24-ə qədər keçirilən konfrans və açılış proqramı Türk Eğitim-Sen – Təhsil üzrə Azad Həmkarlar İttifaqının rəsmi youtube kanalından, facebook ve twitter səhifələrindən canlı olaraq yayımlanıb. Konfransda açılış nitqi ilə Türk Eğitim-Senin baş direktoru Talip Geylan çıxış edib. Azərbaycandan isə tədbirə internet vasitəsilə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə qatılıb.

YeniAN.az xəbər verir ki, builki toplantıda mühəndislik və fənn elmləri sahəsində tanınan nüfuzlu alimlər məruzəçi qismində iştirak edərək elmin bu günü və gələcəyi ilə bağlı mühüm məlumatları iştirakçıların diqqətinə çatdırıblar.

Qeyd edək ki, konfrans çərçivəsində 33 onlayn sessiya keçirilib. Yunus Əmrə, Qazi Mustafa Atatürk, Professorlar Əziz Sancar, Oktay Sinanoğlu, Cahit Arf, Mennan Aksoy, Memar Sinan, Ferqani panelləri, Piri Rəisin xatirəsinə həsr edilən panellərdə isə 91 maraqlı təqdimat təşkil edilib. Bundan başqa toplantıda 13 ölkədən 300 alimin iştirak etdiyi də bildirilir. Konfrans çərçivəsində keçirilən sessiyalarda mühəndislik və fənn elmləri sahəsindəki son yeniliklərə dair onlayn panellər də yer alıb.

Konfransın bağlanış sessiyasında təşkilat komitəsində yer alan alimlərin iştirakı ilə qiymətləndirmə mərasimi keçirilib və yekun bəyannamə ictimaiyyətə təqdim edilib. Həmçinin universitet səviyyəsində bütün prioritet sahələr üzrə müxtəlif miqyasda kitabların yazılması və ya onların xarici dillərdən türk dilinə tərcüməsi tövsiyə olunub. Bəyannamədə ortaq türk dili əlifbasına keçidin zəruriliyi də vurğulanıb.

Bildirilib ki, bu cür konfranslar Türk Dünyasını təmsil edən ölkə və toplumlar üçün elm və texnologiya sahəsində biliklərin paylaşılması baxımından əhəmiyyətlidir. Eyni zamanda Covid-19 məhdudiyyətləri altında onlayn şəkildə keçirilən Beynəlxalq Türk Dünyası Mühəndislik və Fənn Elmləri Konfransının 3-cüsü də ilk ikisində olduğu kimi Türk Dünyasını təşkil edən ölkələr və əlaqəli toplumlar arasında mədəni körpülərin möhkəmləndirilməsi baxımından uğurla başa çatdığını söyləmək olar. Bildirilib ki, Türk Dünyasının bəşəriyyətə verdiyi töhfələr heç vaxt bitməyəcək və davamlı olaraq davam edəcək.

Bunun üçün Türk Dünyasını təşkil edən bütün ölkələrin aşağıdakı məsələləri nəzərə almasının faydalı olacağı nəzərdə tutulur:
Türk Dövlətləri Elm Şurası, Elm və Texnologiyanın bütün sahələrində ortaq türk terminologiyası, Türk Dünyası Nazirliyi, Türk Dünyası Universiteti və Elmlər Akademiyası yaradılmalı, ortaq türk dili əlifbasına keçid təmin edilməlidir. Bundan başqa Türk Dünyası Elm Mükafatları verilməli, Türk Dünyası Araşdırma və Gənclik Mərkəzi yaradılmalı və onların birgə layihələr həyata keçirmə imkanları ilə əməkdaşlıq artırılmalıdır.

O da qeyd olunub ki, Türkiyənin XXI əsrdə Qazi Mustafa Kamal Atatürkün dilə gətirdiyi müasir sivilizasiyaların səviyyəsinə yüksəlməsi üçün III Beynəlxalq Türk Dünyası Mühəndislik və Fənn Elmləri Konfransı və buna bənzər fəaliyyətlərinin davam etməsi böyük əhəmiyyət kəsb edir.

YeniAN.az

Oxunub: 223

XƏBƏR LENTİ