Bu gün Türkiyə Prezident Adminstrasiyasının Milli Kitabxanasında “Müharibə cinayətlərinin hüquqi dəyərləndirilməsi və alınan dərslər - Xocalıdan 44 günlük savaşa” mövzuda tədbir keçirilib. Azərbaycanın Türkiyədəki Səfirliyinin və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) təşkilatçılığı ilə keçirilən tədbirdə "Tarixdə bir dəhşətli səhifə Xocalı" sənədli filmi nümayiş edilib və şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov tədbirin aşılışında çıxış edərək bildurub ki, Ermənistan tərəfindən Azərbaycanın Xocalı və digər bölgələrində törədilmiş soyqırım və digər müharibə cinayətləri beynəlxalq hüquq çərçivəsində mütəxəssislər tərəfindən dəyərləndiriləcək.
TADƏHF rəhbəri, professor Aygün Attar deyib ki, "Xocalı soyqırımı" bu günədək hüquqi olaraq kifayət qədər dəyərini almayıb. Türkiyədəki bütün qeyri-hökumət təşkikatları bu gündən fevralın 26-dək sosial şəbəkələrdən "Xocalıya ədalət" həştəqini paylaşaraq bu problemə ictimaiyyətin diqqətini çəkməyə çalışacaqlar.
“Xocalıdan 44 günlük savaşa - Müharibə cinayətlərinin hüquqi dəyərləndirilməsi və ibrət alınması” mövzusunda panel müzakirəsində professor Aygün Attarın moderatorluğu ilə bu hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması üçün Azərbaycan tərəfindən atılan addımlar və qarşıya çıxan problemlər, eləcə də bölgədəki son proseslər müzakirə olunub.
Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Nizami Səfərov, Ankara Universitetinin dosenti Cavid Abdullahzadə və Qalatasaray Universitetinin professoru Emre Oklem mövzu ilə bağlı çıxış ediblər.
Nizami Səfərov deyib ki, Türkiyənin qurucu lideri M6stafa Kamal Atatürkün "Biz kimsənin düşməni deyilik, biz insanlığa düşmən olanların düşməniyik" kəlamlarını xatlrladaq deyib ki, Ermənistanın törətdiyi Xocalı soyqırımının beynəlxalq cinayət məhkəməsinin hüquqları çərçivəsində cəzalandırılması üçün Azərbaycan dünya miqyasında fəaliyyətlərini davam etdirəcək.
Sonra çıxışıçılar iştirakçıların suallarını cavablandırıb.
Tədbirdə Xocalı soyqırımı ilə əlaqədar fotoasərgi də nümayiş olunub.
Sevil Hilalqızı Ünal