Valyuta məzənnəsi

Ceyhun Bayramovun Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisaid Muse Ali ilə görüşüb

Tarix:11-03-2022, 19:43

Ceyhun Bayramovun Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisaid Muse Ali ilə görüşüb

11 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisaid Muse Ali ilə görüşüb.

Xarici İşlər Nazirliyindən YeniAN.az-a verilən məlumata görə, nazirlər, iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Eyni zamanda, ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Qoşulmama Hərəkatında əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, regional məsələlər müzakirə edilib. Nazir Ceyhun Bayramov, münaqişə sonrası bölgədəki cari vəziyyət barədə həmkarını məlumatlandırıb. Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisaid Muse Ali Azərbaycanı, ərazi bütövlüyünün təmin olunması münasibətilə təbrik edib.

Nazirlər, həmçinin təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində təhsil təqaüdlərinin ayrılmasını yüksək qiymətləndirib, bu sahədə gələcəkdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

YeniAN.az

Oxunub: 107



XƏBƏR LENTİ