Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 27-də Latviya Respublikası Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks ilə görüşüb.
Nazirlər Kabinetindən YeniAN.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Latviya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edildi.
İki ölkə arasında siyasi, hərbi, ticari-iqtisadi, sərmayə qoyuluşu, turizm və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.
YeniAN.az