Valyuta məzənnəsi

Baş nazir Gürcüstanın xarici işlər naziri ilə görüşüb

Tarix:27-04-2022, 19:00

Baş nazir Gürcüstanın xarici işlər naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 27-də Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə görüşüb.

Nazirlər Kabinetindən YeniAN.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan əlaqələrinin geniş gündəliyə malik olduğu qeyd edildi. Həm ikitərəfli, həm də çoxtərəfli formatda münasibətlərin inkişafından məmnunluq ifadə olundu. Birgə həyata keçirilən nəqliyyat və enerji layihələrinin önəmi vurğulandı.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.

Baş nazir Gürcüstanın xarici işlər naziri ilə görüşüb

YeniAN.az

Oxunub: 113



XƏBƏR LENTİ