Biz istəyirik ki, sülh olsun.
YeniAN.az xəbər verir ki, bunu Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
"Bizim ikitərəfli əlaqələrimizin güclü bazası var. Müxtəlif sahələrdə mədəniyyət, təhsil, iqtisadiyyat, kosmologiya sahəsində əməkdaşlığımız var”, - nazir deyib.
Ketrin Kalonna əməkdaşlığı daha da inkişaf etdirmək üçün azərbaycanlı həmkarını Parisdə gözlədiyini vurğulayıb.