Valyuta məzənnəsi

Ermənistanda revanşist qüvvələr Azərbaycana qarşı fəaliyyətlərini davam etdirirlər - Deputat

Tarix:2-10-2023, 12:28

Tural Gəncəliyev xankəndlilərin məktəb problemindən DANIŞDI

 

Antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib. Buna baxmayaraq, Ermənistanda revanşist qüvvələr və onların havadarları Azərbaycana qarşı fəaliyyətlərini davam etdirirlər.


YeniAN.az  xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat bildirib ki, informasiya müharibəsində ayıq-sayıq olmaq lazımdır.


"Çünki müxtəlif platformalardan hücumlar davam edəcək. Misal olaraq, Kalifornayada radikal erməni qrupların

 üzvləri Azərbaycanın və Türkiyənin səfirliyinə hücum etdilər. Eyni halların Avropada yerləşən səfirliklərimizə

 olacağı ehtimalını görürük. Odur ki, bu məsələlərdə ayıq-sayıq olmaz lazımdır”, - deyə deputat əlavə edib.

Oxunub: 45



XƏBƏR LENTİ