Valyuta məzənnəsi

"Xocalı qətliamına heç bir beynəlxalq qurum səsini çıxarmadı" - Ərdoğan

Tarix:25-02-2024, 18:12

Fransa Prezidentinin psixi müalicəyə ehtiyacı var” - Ərdoğanın çıxışı diplomatik qalmaqal yaratdı

Qarabağ illərlə işğal altında qaldı, Xocalı kimi qətliamlar törədildi, amma heç bir beynəlxalq qurum səsini çıxarmadı.

YeniAN.az   xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada təşkil olunan mitinqdə çıxışı zamanı deyib.

O bildirib ki, beynəlxalq təşkilatlar Suriyadakı, Qəzzadakı hadisələrə də səssiz qalırlar: "BMT Təhlükəsizlik Şurası baş verənlərlə bağlı səsini çıxarmır. Bu, onu deməyə əsas verir ki, BMT Təhlükəsizlik Şurası artıq işlək qurum deyil. Ona görə də deyirik ki, bizi heç bir beynəlxalq təşkilat müdafiə edə bilməz. Özümüz özümüzü qorumalıyıq. Bir vaxtlar bizə silah satmayanlar indi bizdən silah istəyirlər”.

Oxunub: 57



XƏBƏR LENTİ