"Azərbaycana səfər etməkdən məmnunluq duyuram".
YeniAN.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Bakıda
Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib.
O, 1990-cı illərdə Norveçin enerji naziri kimi Bakıya bir neçə dəfə səfər etdiyini xatırladıb.
Baş katib deyib ki, Azərbaycan enerji təhlükəsizliyini gücləndirib:
"Mən həmçinin burada enerji təhlükəsizliyini müzakirə etməyə şadam, çünki enerji bizim
təhlükəsizliyimiz üçün əhəmiyyət kəsb edir. Mən Azərbaycanın bəzi NATO müttəfiqləri ilə
yaxın enerji əlaqələrini inkişaf etdirməsini alqışlayıram"