Valyuta məzənnəsi

Səfərov qardaşlarının nəşi bu gün Bakıya gətiriləcək

Tarix:Bu gün, 10:38

seferov-qardaslarinin-nesi-bu-gun-bakiya-getirilecek

"Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğundan verilən son məlumata görə, bu gün Bakı vaxtı ilə 17:30-da qardaşlarım Hüseyn və Ziyəddin Səfərovların nəşini gətirəcək təyyarə yola düşəcək, 20:25-də Bakıya çatacaq. Bir dəyişiklik olmasa, bu vaxta gözlənilir”.

"Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən şəxslərin qardaşı Seyfəddin Hüseynli deyib.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanının mətbuat xidmətindən bildirilib ki, cənazələr UTair hava yolları ilə Azərbaycana gətiriləcək.

Oxunub: 2



XƏBƏR LENTİ