Valyuta məzənnəsi

Azərbaycanla daha bir ölkə arasında viza rejimi qismən ləğv olunur

Tarix:24-09-2025, 08:33

azerbaycanla-daha-bir-olke-arasinda-viza-rejimi-qismen-legv-olunur
 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində qvineya-bisaulu həmkarı Karlos Pinto Pereyra ilə görüşüb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə nazir sosial media hesabında paylaşım edib.

"Həmkarım, Qvineya-Bisaunun xarici işlər naziri Karlos Pinto Pereyra ilə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində görüşməkdən məmnunam.

Biz ikitərəfli əməkdaşlığı, siyasi dialoqu genişləndirmək və çoxtərəfli güclü əlaqələr qurmaq yollarını müzakirə etdik.

Görüş zamanı biz "Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin qarşılıqlı vizadan azad edilməsi haqqında Saziş”i imzaladıq”, - nazir qeyd edib.

Oxunub: 20



XƏBƏR LENTİ