“Paraqvay Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və ya xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” saziş imzalanıb.
XİN-dən AZƏRTAC-a bildirilib ki, Sazişin imzalanması Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Paraqvay Respublikasına ilk rəsmi səfəri çərçivəsində Paraqvayın xarici işlər naziri Luis Alberto Kastiqlioni ilə görüşü zamanı baş tutub.
Sazişi xarici işlər naziri Elmar Məmmədyarov və xarici işlər naziri Luis Alberto Kastiqlioni imzalayıb.
Oxunub: 276