Son günlər Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciətlərin araşdırılması zamanı idxal-ixrac əməliyyatları və qida təhlükəsizliyi qeydiyyatı prosesində sahibkarlıq subyektlərindən müxtəlif vasitəçilər, “işbazlar” tərəfindən qanunvericilikdə nəzərdə tutulmayan əlavə xərclərin tələb olunması faktları aşkar olunub.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, bu kimi hallar sahibkarlar üçün yaradılmış şəffaf və sadələşdirilmiş prosedurların həyata keçirilməsinə süni maneələr yaratmaqla yanaşı, müəyyən neqativ halların meydana çıxmasına şərait yaradır.
Agentlik tərəfindən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə idxal-ixrac əməliyyatları, qida təhlükəsizliyi qeydiyyatı və sertifikatı, bitki mənşəli məhsullar üçün fitosanitar, heyvan mənşəli məhsullar üçün baytarlıq sertifikatları verilir. Bununla bağlı olaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda sahibkarlıq subyektləri tərəfindən müvafiq olaraq rüsumların ödənilməsi nəzərdə tutulub.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilən icazə sənədləri üçün tarif cədvəli tutulub.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilən icazə sənədləri üçün tarif cədvəli
Oxunub: 296