Valyuta məzənnəsi

“Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsi keçirilir

Tarix:5-03-2019, 13:06

“Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsi keçirilir
Qida Təhlükəsizliyi Agentliyi məktəblilər arasında sağlam və təhlükəsiz qidalanmanın təşviqi çərçivəsində “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinə start verib. Müsabiqədə Bakı şəhəri ilə yanaşı ölkəmizin bölgələrindən olan məktəblilərin iştirakı da nəzərdə tutulub.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd məktəblilərin qida təhlükəsizliyi sahəsində biliklərini artırmaq, onların diqqətini qida təhlükəsizliyi mövzusuna cəlb etmək və sağlam qidalanma ilə bağlı düşüncələrini rəsm əsəri vasitəsilə ifadə etmələrini təmin etməkdir. Eyni zamanda layihə məktəblilərin təhlükəsiz qida haqqında dünyagörüşlərini, istək və arzularını öyrənmək üçün geniş imkanlar yaradacaq.

Rəsmlər A4 və A3 formatında olmalıdır, sağ alt hissədə rəsmi çəkən məktəblinin adı, soyadı, sinif və məktəbi haqqında məlumatlar əksini tapmalıdır. Müsabiqədə iştirak etmək istəyən məktəblilər mayın 25-dək rəsm əsərlərini agentliyə təqdim edə bilərlər.

Təqdim olunan və münsiflər heyəti tərəfindən seçilən rəsm əsərləri 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü nümayiş etdiriləcək. Müsabiqənin qalib və iştirakçılarına müxtəlif qiymətli hədiyyələr, sertifikat və həvəsləndirici mükafatlar veriləcək.
Oxunub: 404



XƏBƏR LENTİ