Valyuta məzənnəsi

Gürcüstanda qeyri-pravoslav din xadimlərinin hərbi xidmətə çağırılması barədə qanun layihəsi hazırlanıb

Tarix:18-03-2019, 15:34

Gürcüstanda qeyri-pravoslav din xadimlərinin hərbi xidmətə çağırılması barədə qanun layihəsi hazırlanıb
Gürcüstanda pravoslav dini istisna olmaqla, digər dinlərin xadimlərinin həqiqi hərbi xidmətə çağırılmasını nəzərdə tutan qanun layihəsi parlamentin bürosuna təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, layihə parlamentin müdafiə və təhlükəsizlik komitəsinin sədri İrakli Sesiaşvili tərəfindən hazırlanıb. Layihədə deyilir ki, pravoslav din xadimləri istisna olmaqla, digər dinlərə sitayiş edən keşiş, yepiskop, kahin, rahib, molla, axund, eləcə də dini mədrəsə və məktəblərdə təhsil alan tələbələr həqiqi hərbi xidmətə çağırış hüququndan məhrum edilirlər.

İ.Sesiaşvili deyib ki, dəyişiklik pravoslav dini liderlərə şamil edilmir, çünki bu şəxslər konkordatda nəzərdə tutulmuş bütün qaydalara əməl edirlər. Onun sözlərinə görə, vicdan və din azadlığı hüququndan istifadə edən bəzi insanlar həqiqi hərbi xidmətdən yayınırlar. Amma onların həqiqi hərbi xidmət əvəzinə alternativ xidmət keçmək hüquqları var və onlar bu xidmətə cəlb olunmalıdırlar.

Parlamentin komitə sədrinin təklif etdiyi qanun ölkədəki dini icma və sektalar arasında narazılığa səbəb olub. Dini icmaların nümayəndələri bunu dini ayrı-seçkilik və insan haqlarının, din, vicdan azadlığının ciddi pozulması kimi qiymətləndirirlər. Bildirilir ki, qanuna bu cür dəyişikliyin edilməsi yanlış yanaşmadır. Əgər dəyişiklik qəbul olunacaqsa, bu, bütün din xadimlərinə şamil edilməlidir.

Din xadimləri də bu günlərdə parlamentdə toplaşaraq qanun layihəsinə münasibət bildirəcəklər.
Oxunub: 245



XƏBƏR LENTİ