Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan YeniaAN.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 102 396 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 66 963 nəfər müalicə olunaraq sağalıb, 1224 nəfər vəfat edib, aktiv xəstə sayı 34 209 nəfərdir.
Ölkədə son sutka ərzində 15 057, hazırkı dövrədək isə 16 46 654 test aparılıb.
YeniaAN.info