Valyuta məzənnəsi

“SÜLHMƏRAMLILARA HEÇ DƏ ARXAYIN OLMAMALIYIQ…”-Siyavuş Novruzov – Fazil Mustafa, Məlahət İbrahimqızı növbəti təkliflərlə çıxış etdi, Aqil Abbas bəzi həmkarlarına irad tutdu – YENİLƏNİB – (3)

Tarix:28-12-2020, 15:34

“SÜLHMƏRAMLILARA HEÇ DƏ ARXAYIN OLMAMALIYIQ…”-Siyavuş Novruzov – Fazil Mustafa, Məlahət İbrahimqızı növbəti təkliflərlə çıxış etdi, Aqil Abbas bəzi həmkarlarına irad tutdu – YENİLƏNİB – (3)

Milli Məclisin (MM) bugünkü iclasında “Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2021-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihələrinin ikinci oxunuşda müzakirələrinə başlanılıb.

YeniAN.info Etikxeber.az-ın xəbərinə istinadən bildirir ki, qanun layihələri haqqında MM-in Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin qısa məlumatı dinlənilib.

O, birinci oxunuş zamanı DSMF-nin büdcəsi ilə bağlı 7 millət vəkilinin çıxış etdiyini xatırladıb.

“Gələn il əmək pensiyalarının orta aylıq məbləğinin 340, yaşa görə pensiyaların isə 370 manat olması proqnozlaşdırılır”-deyən komitə sədri bildirib ki, DSMF-nin gələnilki büdcəsi insanların sosial müdafiəsinin gücləndirilməsinə etibarlı təminat yaradacaq:

“SÜLHMƏRAMLILARA HEÇ DƏ ARXAYIN OLMAMALIYIQ…”-Siyavuş Novruzov – Fazil Mustafa, Məlahət İbrahimqızı növbəti təkliflərlə çıxış etdi, Aqil Abbas bəzi həmkarlarına irad tutdu – YENİLƏNİB – (3)

“Gələn ilin büdcəsində, ümumiyyətlə, sosialyönümlü xərclərin artırılması proqnozlaşdırılır. Bu da Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin tələbidir”.

M. Quliyevin qısa məlumatından sonra müzakirələrə, çıxışlara başlanılıb.

***


“SÜLHMƏRAMLILARA HEÇ DƏ ARXAYIN OLMAMALIYIQ…”-Siyavuş Novruzov – Fazil Mustafa, Məlahət İbrahimqızı növbəti təkliflərlə çıxış etdi, Aqil Abbas bəzi həmkarlarına irad tutdu – YENİLƏNİB – (3)

MM-in Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxışında telekanallara iradını bildirib.

Qeyd edib ki, Şəhidlər, Şəhid ailələri və Qazilərlə bağlı verilişlər, süjetlər hazırlanarkən, maddiyyat məsələsi önə çəkilməməlidir.

“Bizim əsgərlər muzdu hərbçilər deyil ki?! Onlar özləri könüllü şəkildə döyüşə, Vətənin müdafiəsinə gediblər. Otuz ildən artıq içlərindəki Vətən, torpaq eşqinə görə, vuruşublar, döyüşüblər. Onların əməyini, zəhmətini maddiyyatla kiçiltmək lazım deyil. Onların maddi problemləri var və həllini tapmalıdır, hamımız bunu istəyirik, zaman-zaman da bu istiqamətdə addımlar atılıb və atılacaq. Ancaq bu məsələdə mənəvi məqamları qabartmaq lazımdır. Biz sülhməramlılara da arxayın olmamalıyıq. Öz əgərimizə arxalanırıq, inanırıq və o özü hər şeyi yoluna qoyur və qoyacaq”-deyə, komitə sədri sözlərinə əlavə edib.

“SÜLHMƏRAMLILARA HEÇ DƏ ARXAYIN OLMAMALIYIQ…”-Siyavuş Novruzov – Fazil Mustafa, Məlahət İbrahimqızı növbəti təkliflərlə çıxış etdi, Aqil Abbas bəzi həmkarlarına irad tutdu – YENİLƏNİB – (3)

“Büdcə layihəsində səhiyyə sahəsinə də xüsusi yer verilib. Səhiyyə və tibbi xidmətlər üçün nəzərdə tutulmuş vəsait bu sahədə əhaliyə xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılmasına imkan yaradacaq”-deyən deputat Soltan Məmmədov bildirib ki, gələn ildən respublika ərazisində İcbari tibbi sığortanın mərhələli tətbiqinə başlanılır:

“Azərbaycan dövlətinin bu təşəbbüsü ölkəmizdə səhiyyə xidmətləri sahəsində çox mühüm dönüş yaradacaq. Mərhələli olaraq qurulacaq bu sistemin bütün ölkə ərazisində tətbiqi şübhəsiz ki, heç də asan proses olmayacaq. Bunun üçün tibb müəssisələrinin bugünkü səviyyəsinin qiymətləndirilməsi və bu qiymətləndirmənin nəticələrinə uyğun olaraq maddi-texniki bazasının gücləndirilməsi, tibb personalının peşəkarlıq səviyyəsinin artırılması çox böyük əhəmiyyətə malikdir. Lakin təəssüf hissi ilə bildirirəm ki, bəzi hallarda bilavasitə dövlətin təşəbbüsü ilə reallaşdırılan bu böyük layihənin praktik icraçıları haqqında yumşaq desək, haqsız tənqidlərə rast gəlinir”.

Deputat qeyd edib ki, bu gün ölkənin bir çox rayonlarında yüksək standartlara cavab verən xəstəxanalar qurulub: “Gənc həkimlərimizə təcrübələrini, biliklərini artırmaq üçün Avropanın inkişaf etmiş ölkələrində təhsillərini davam etdirmək imkanı yaradılıb. Bu gün tibbi təhsilin inkişafı, müasir dünya standartlarına uyğunlaşdırılması, yaradılan tibb müəssisələrinin yeni reallıqları nəzərə almaqla, peşəkar mütəxəssislərlə təmin olunması qarşımızda duran əsas vəzifələrdəndir. Çünki müasir tipli xəstəxanalarda keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün yüksək səviyyəli peşəkarlara ehtiyac yaranır”.

Deputat nəzərə çatdırıb ki, xüsusilə 44 günlük Vətən müharibəsi zamanı bir çox cəbhəyanı rayonlarda müasir tələblərə cavab verən xəstəxanaların olması yaralı əsgərlərimizin müalicəsi üçün böyük imkanlar yaradıb:

“Bu xəstəxanalarda çox çətin cərrahiyyə əməliyyatları zəruri avadanlıqların olması, yüksək səviyyəli mütəxəssislərimizin sayəsində uğurla həyata keçirilirdi. Bu gün bütün bəşəriyyət üçün bəlaya çevrilmiş COVİD-19 pandemiyası ilə mübarizədə ölkəmiz də ciddi problemlərlə üzləşib. Həkimlərimizin fədakarlığı, vətəndaşlarımızın hökumətimizin həyata keçirdiyi siyasətə dəstək olması nəticəsində vəziyyət düzgün idarə olunur. Dövlətin səhiyyə siyasətini həyata keçirən qurum kimi Səhiyyə Nazirliyi, icbari tibbi sığortanın tətbiqini təmin edən Dövlət Agentliyi və tibbi xidmətlərin təşkilinə məsul TƏBİB-in birgə səyləri səhiyyə sahəsində qarşıda duran bütün vəzifələri uğurla icra etməyə imkan yaradacaq. Həmkarlarımı bu həssas mövzuya toxunarkən dəqiq məlumatlara əsaslanmağa, əhalidə etimadsızlıq yaradan ittihamlardan çəkinməyə çağırıram”.

11:58

***


“SÜLHMƏRAMLILARA HEÇ DƏ ARXAYIN OLMAMALIYIQ…”-Siyavuş Novruzov – Fazil Mustafa, Məlahət İbrahimqızı növbəti təkliflərlə çıxış etdi, Aqil Abbas bəzi həmkarlarına irad tutdu – YENİLƏNİB – (3)

“Hansısa vətəndaş şəhid və qazilərə yardım işinə qoşula bilər. Məsələn, 20 obyektindən birini şəhid ailəsinə bağışlayar, bununla da dövlətə yardım etmiş olar”.

Bunu da MM-in Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa deyib.

Deputat bildirib ki, yanvar ayından başlayaraq bəzi vacib addımların atılmasına başlamalıyıq:

“Bu, nədir? Biz Bakıda gecəqondularda məskunlaşan və işsiz olan insanları bölgələrə qaytarmağın yollarını tapmalıyıq. Bu insanları təsərrüfata qaytarmaq üçün stimullaşdırıcı tədbirlər görülməlidir. İkincisi, ictimai nəqliyyatla bağlı problem həllini tapmalıdır. Biz kiçik görünə bilən məsələlərin həlli istiqamətində təcili surətdə addımlar atmalıyıq. Üçüncüsü, Hesablama Palatasının təqdim etdiyi rəydə özəlləşdirmə prosesinə yenidən baxmağı təklif edirəm. Bu məsələdə şəffaflıq təmin olunmalıdır”.

12:01

***

“SÜLHMƏRAMLILARA HEÇ DƏ ARXAYIN OLMAMALIYIQ…”-Siyavuş Novruzov – Fazil Mustafa, Məlahət İbrahimqızı növbəti təkliflərlə çıxış etdi, Aqil Abbas bəzi həmkarlarına irad tutdu – YENİLƏNİB – (3)

“2021-ci ilin büdcə zərfini “Zəfər layihəsi” adlandırsaq, yaxşı olardı”.

Bunu MM-in Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, Vətən müharibəsində sağlamlığını, əmək qabiliyyətini itirən hərbi qulluqçuların maaşının 85 %-i ödənilir.

“Xarici ölkələrdə isə bunun 100 %-i ödənilir. Bu məsələni hökumət üzvlərinin nəzərə almasını xahiş edirəm. Bu gün Vətən müharibəsində yaralananların hospitalda yatırlar. Onlara verilən epikriz əsasında qulluq etdiyi hərbi hissəyə getməli, yenidən qayıtmalıdır. Burdan həmin hərbi hissələrə getmək bu hərbçilər üçün çox çətindir. Bu, bir neçə nazirliyin arasında olan məsələdir. Prosedurun asanlaşdırılmasını təklif edirəm. Digər tərəfdən nazir Sahil Babayev dedi ki, müxtəlif bölgələrdə reabilitasiya mərkəzləri açılıb. Gələcəkdə Qarabağda da belə reabilitasiya mərkəzlərinin tikilməsi, Vətən müharibəsində iştirak edən şəhid və qazi ailələri üçün pulsuz olsa, yaxşı olardı”-deyə, millət vəkili sonra qeyd edib.

“SÜLHMƏRAMLILARA HEÇ DƏ ARXAYIN OLMAMALIYIQ…”-Siyavuş Novruzov – Fazil Mustafa, Məlahət İbrahimqızı növbəti təkliflərlə çıxış etdi, Aqil Abbas bəzi həmkarlarına irad tutdu – YENİLƏNİB – (3)

“Deputatlar burada təklif edir ki, filan yerə vəsaiti bu qədər artırın, filan yerə 3 milyard artırın. Qarabağda bir söz var: nəylə Alış?!”.

Bunu da deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, dövlət büdcəsini hazırlayan mütəxəssislər ölkənin gəliri hesabına bu vəsaitləri bölüb, proqnozlaşdırıblar:

“Xahiş edirəm, danışanda nəzərə alın ki, hökumətin üstünə çox gedirsiniz. Hökumətin üstünə bu qədər gedəndə, dediyiniz vəsaiti haradan tapacağını da deyin. Bəlkə xaricdən borc alınsın? Biz 44 günlük Vətən müharibəsi zamanı cəbhəyanı kəndlərin birində idik. Həmin kənddə qaz yoxdur. Orda sual edirdilər ki, bizim kəndə nə vaxt qaz çəkiləcək? Haqlı olaraq belə bir irad səsləndirildi ki, biz müharibə edib Qarabağı azad edək, ya qaz çəkək? Yəni fikir səsləndirəndə bizim 44 günlük ağır müharibədən çıxdığımızı unutmayaq”.

12:09

***


Sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyulub və hər ikisi də ikinci oxunuşda qəbul edilib.

YeniAN.info

Oxunub: 98



XƏBƏR LENTİ