Valyuta məzənnəsi

“az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”na və domen adlarının reyestrinə daxil edilən məlumatların siyahısına dəyişiklik edildi

Tarix:25-05-2021, 22:24

“az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”na və domen adlarının reyestrinə daxil edilən məlumatların siyahısına dəyişiklik edildi

“az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın və “Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilərək həmin qərarda “domen adlarının milli inzibatçısı” anlayışı verilmiş, domen adlarının milli inzibatçısı tərəfindən “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının qeydiyyatına və onlara texniki xidmət göstərilməsinə görə ödənişin məbləğlərinin aidiyyəti dövlət orqanı ilə razılaşdırılmasına dair müddəalar əlavə edilmişdir.

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R


“az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın və “Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 fevral tarixli 63 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 fevral tarixli 63 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 359) ilə təsdiq edilmiş “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 2.1.11-1-ci yarımbənd əlavə edilsin:
“2.1.11-1. domen adlarının milli inzibatçısı - “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxs.”.

2. 3.1-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra – Nazirlik) ilə razılaşdırılmaqla, Milli
inzibatçı tərəfindən müəyyən edilir.”.

3. 4.2-ci bənddə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə (bundan sonra – Nazirlik)” sözləri “Nazirliklə” sözü ilə əvəz edilsin.

4. “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”na əlavənin 3-cü hissəsinin adında “Təkliflərin” sözü “Tərəflərin” sözü ilə əvəz edilsin.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 24 may 2021-ci il
№ 147



YeniAN.az

Oxunub: 138



XƏBƏR LENTİ