Valyuta məzənnəsi

COVID-19-a 2440 yeni yoluxma, 26 ölüm faktı qeydə alınıb - AZƏRBAYCANDA

Tarix:5-11-2021, 22:54

COVID-19-a 2440 yeni yoluxma, 26 ölüm faktı qeydə alınıb - AZƏRBAYCANDA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 440 yeni yoluxma faktı qeydə alınıb, 2 016 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan YeniAN.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 542 150 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 503 524 nəfər müalicə olunaraq sağalıb, 7 208 nəfər vəfat edib, aktiv xəstə sayı 31418 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 794, ötən müddət ərzində isə ümumilikdə 5 256 832 test aparılıb.

COVID-19-a 2440 yeni yoluxma, 26 ölüm faktı qeydə alınıb - AZƏRBAYCANDA

YeniAN.az

Oxunub: 238



XƏBƏR LENTİ